Cəlilabad şəhərində 45 yaşlı sakin başsağlığı verməyə gedərkən ev sahibinə məxsus samovarı oğurlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində Qaynarinfo.az-a istinadən verir.
Saxlanılan şəxsin sözlərinə görə, o, Gülnarə İbayevanın vəfat etmiş ərinin yas mərasiminə qoşula bilməyib. Bu səbəbdən axşam saatlarında onların yaşadığı evə gedib və mərasimə gələ bilmədiyi üçün üzr istəyib. Sonra evi tərk edərkən həyətdə olan samovarı oğurayıb. O, həmin samovarı şəhərin Qurtuluş prospektində yerləşən “Rizvan” Ticarət Mərkəzinin yaxınlığında 150 manata satıb.
Məhkəmənin qərarı ilə sakin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs olunub.