Cəlilabadda 11 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Report.az-a istinadən verir.
Hadisə Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 11 yaşlı Zəhra Niftiyeva tut yemək üçün ağaca çıxıb. Bu zaman onu ağacda elektrik cərəyanı vurub.
Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Lakin onun həkiməqədər ölüm halı qeydə alınıb.
Araşdırmalar davam etdirilir.