Cəlilabadda yaşayış evinin həyətindən 700 kiloqram kartof oğurlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.
Polis əməldaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən rayon sakini, 54 yaşlı Zəfər Məmmədov saxlanılıb. Araşdırmalarla onun digər bir yaşayış evinin həyətindən də 17 ədəd ev quşunu oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.