Cəlilabad rayonunun Təklə kəndində talvar yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 100 kvadratmetr olan tikilinin yanar konstruksiyaları və altına yığılan 13 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.