Cəlilabad rayonunda qadını ilan sancıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində Bizim.media-ya istinadən verir.
Hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 64 yaşlı Dilbər İsmayılovanı əkin sahəsində işləyən zaman ilan sancıb.
O, rayon xəstəxanasına aparılıb. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.