Cəlilabadda son iki ayda QPM peyvəndi vurulan uşaqların sayı 2222 nəfərdir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 fevral tarixində Report.az-a istinadən verir.
Rayonda noyabr ayından bu günədək 446 nəfər qızılcaya yoluxub. Onlardan 290 nəfəri 18 yaşdan kiçiklər, 156 nəfəri 18 yaşdan böyüklərdir.
Hazırda aktiv xəstə sayı 48 nəfərdir. Onlardan 5 nəfər yanvarın 31-də virusa yoluxub.
Qeyd edək ki, ötən gün QPM peyvəndi 22 azyaşlıya vurulub.