Cəlilabad rayonunda gənc qız dəm qazından zəhərlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 yanvar tarixində Bizim.Media-ya istinadən verir.
Hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini, 20 yaşlı A.Əmiraslanova dəm qazından zəhərlənib.
O, rayon xəstəxanasına aparılıb. Hazırda qızın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.