Cəlilabad rayonunun Sabirabad kəndində yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Apa.az-a istinadən verir.
Təbriz Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Ramin Şükürovun idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində sürücülər xəsarət alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.