Cəlilabad rayonunda qızılcaya qarşı peyvənd işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, ötən il dekabrın 1-dən 1962 uşağa qızılca peyvəndi (QPM) vurulub.
Qeyd edək ki, Cəlilabadda noyabr ayından etibarən 273 şəxs bu virusa yoluxub. Onlardan 194 nəfər 18 yaşdan kiçik, 79 nəfər isə 18 yaşdan böyüklər olublar.
Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha 4 nəfər bu xəstəliyə yoluxub.