Cəlilabadda suda boğulanın kimliyi məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində Qafqazinfo.az-a istinadən verir.
Xəbər verdiyimiz kimi, Uzuntəpə kəndində yerləşən su bəndində boğulma hadisəsi qeydə alınıb. Həyatını itirən şəxs rayonun Sabirabad kənd sakini, 17 yaşlı Mirhəsən Şükürovdur.
Yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.