Cəlilabad rayonunda prezident seçkilərində 101 yaşlı sakin səs verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 fevral tarixində Report.az-a istinadən verir.
Seyidbazar kəndində yaşayan 101 yaşlı Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib.
Qeyd edək ki, H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsi üzrə qeydiyyatdadır.