Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Cəlilabad üzrə təhsil müəssisələrinin rəhbərləri və rayon təhsil sektorunun əməkdaşları ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 fevral tarixində verir.
Görüş zamanı keçən tədris ili üzrə buraxılış imtahanlarının nəticələri müzakirə edilib. Həmçinin mövcud məsələlərin həll edilməsi istiqamətində təkliflər səsləndirilib.
Yekunda müəssisə rəhbərlərinin sualları cavablandırılıb.