Cəlilabad sakinlərindən qanunsuz saxlanılan 4 ədəd odlu silah təhvil götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam edir.