Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 yanvar tarixində Report.az-a istinadən verir.
Rayonun 57 yaşlı Alar kənd sakini Nurəddin Əzizov döyüşlər gedən bölgələrin birində yaralanaraq dünyasını dəyişib.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək dəfn olunması gözlənilir.