Bakıda Cəlilabad və Qubadlı rayonlarının sakinləri saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşları Cəlilabad rayon sakini F.Həsənovu və əvvəllər məhkum olunmuş Qubadlı rayon sakini R.Camalovu Y.Əliyev küçəsində yerləşən elektrik enerjisi paylayıcı qurğudan 18 ədəd avtomat açarının oğurlanması səbəbi ilə saxlayıblar.
Araşdırma aparılır.