top
Cəlilabad şəhəri və 90 kənd işıqsız qalıb – İcra Hakimiyyətindən açıqlama
25 yanvar 2024, 06:50
- ↺ +

Cəlilabad şəhəri və 90 kənd işıqsız qalıb – İcra Hakimiyyətindən açıqlama

Güclü qar Cəlilabad şəhərinin bir hissəsini və rayonun 90 kəndini işıqsız qoyub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 yanvar tarixində verir.

Cəlilabad rayon İcra Hakimiyyətindən bildirilib ki, yağan güclü qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı problemlər həll edilir:

“Yanvarın 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qar nəticəsində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, yanvarın 24-ü gecə saatlarında 10 kV-lıq elektrik hava xətlərinin 15 ədəd işıq dirəyi aşıb, 150 yerdən xətt qırılmaları olub, 3000 metr naqil sıradan çıxıb. Eyni zamanda 0,4 kV-lıq paylayıcı elektrik hava xətlərində 50 ədəd işıq dirəyi aşıb, 700 yerdən xətt qırılmaları olub, 5000 metr naqil sıradan çıxıb. Həmçinin 50 ədəd transformatorda qoruyucular yanıb. Nəticədə Cəlilabad şəhərinin müəyyən hissələrinə və rayonun 90 kəndinə elektrik enerjisinin verilişi dayanıb. Qəzaların, əsasən, meşəlik ərazilərdə, hərəkətin mümkünsüz olduğu əkin və relyefcə çətin yerlərdə baş verməsi yaranmış vəziyyətə müdaxilə olunmasına çətinliklər yaradıb.

Görülmüş operativ tədbirlər nəticəsində “Azərişıq” ASC tərəfindən rayona 5000 metr 10 kV-lıq elektrik xətləri üçün naqil, 45 ədəd elektrik dirəyi, 5000 metr 0,4 kV-lıq paylayıcı üçün SİP naqil, 100 ədəd dirək göndərilib. “Azərişıq” ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.

Operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanvarın 25-də Cəlilabad şəhəri də daxil olmaqla 65 kəndə elektrik enerjisinin verilişi təmin olunub. 25 kəndə isə elektrik enerjisinin verilməsi, 10 və 0,4 kV-lıq hava xətlərində yaranmış qəzaların tam aradan qaldırılması üçün “Azərişıq” ASC-nin Cəlilabad Elektrik şəbəkəsi tərəfindən işlər davam etdirilir”.

[caption id="attachment_52616" align="alignnone" width="336"]Cəlilabad şəhəri və 90 kənd işıqsız qalıb Foto Cəlilabad Rayon İcra Hakimiyyəti[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər