Cəlilabad rayonunda 3 bal gücündə zəlzələ olub. Bu haqda məlumatı Cenublu.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bu gün, 17 iyul tarixində verir.
Yeraltı təkanlar saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, 18 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ əhali tərəfindən hiss edilməyib.