Cəlilabad rayonunun Uzuntəpə kəndində su bəndində təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində Report.az-a istinadən verir.
İşlər Suvarma Sistemləri İdarəsi tərəfindən icra edilir. Hazırda bəndə Araz çayından (İmişli rayonunun Bəhramtəpə qəsəbəsi) kanal çəkilir.
Təxminən 3 milyon kubmetr tutumu olacaq bənd istifadəyə verildikdən sonra 12 minə yaxın əhalisi olan kəndin əkin sahələrinin suvarma suyu ilə təminatı problemi öz həllini tapacaq.