top
Bundan sonra ər-arvad bir-birlərinə qarşı mənəvi zərər iddiası qaldıra biləcək
25 fevral 2026, 13:43
- +

Bundan sonra ər-arvad bir-birlərinə qarşı mənəvi zərər iddiası qaldıra biləcək

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.

Cenublu.az-a bu barədə məhkəmədən məlumat verilib.

Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.

Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.

Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.

Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.

Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.

Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsi

Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.

Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.

Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.

Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.

Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.

Ərin-arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.

Son xəbərlər

Kriminal
Dünən, 16:33

Astaralı xaş yeməyə getdiyi kafedə söyüş söydü, döyüldü

Bütün xəbərlər
Dünən, 15:35

Məhbus sayına görə Azərbaycan neçənci yerdədir?

Kriminal
Dünən, 14:44

Sabirabadlı bacısını döydü - MƏHKƏMƏLİK OLDU

Bütün xəbərlər
Dünən, 13:45

Sabah leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

Polis 5 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Cəmiyyət
Dünən, 11:58

Salyanda əlillik pensiyası dayandırılan kişi yardım gözləyir

Cəmiyyət
Dünən, 11:00

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:03

Daun sindromlu şəxslərin sayı 30 faiz artıb

Bütün xəbərlər
Dünən, 09:11

Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
15 iyul 2026, 17:57

Bu il məktəblərə 236 min 295 kompüter veriləcək

Cəmiyyət
15 iyul 2026, 16:50

Odessa yaxınlığında həlak olan gəmi kapitanı Lənkəran sakinidir

Bütün xəbərlər
15 iyul 2026, 16:04

Yardımlıda çalışan müəllim: "Hazırlığa kifayət qədər vaxtım olmadı"

Bütün xəbərlər
15 iyul 2026, 15:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
15 iyul 2026, 14:01

Salyanda "Mitsubishi" yanacaqdoldurma məntəqəsinə çırpılıb

Siyasət
15 iyul 2026, 13:02

Xaricdə hərbi təhsil almaq istəyənlərin nəzərinə

Kriminal
15 iyul 2026, 11:51

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Bütün xəbərlər
15 iyul 2026, 11:00

Sabirabadın keçmiş bələdiyyə sədri vəfat edib

Cəmiyyət
15 iyul 2026, 10:04

Sabirabadın keçmiş bələdiyyə sədri vəfat edib

Bütün xəbərlər
15 iyul 2026, 09:16

Lənkəranın mərkəzi sahibsiz itlərin "məskəninə" çevrilib

Kriminal
14 iyul 2026, 17:27

Cəlilabadda 74 bıçaq zərbəsilə qətl törədən qərardan şikayətçidir

Bütün xəbərlər
14 iyul 2026, 16:30

Yardımlıda zəmilər göz görə-görə MƏHV OLUR

Bütün xəbərlər
14 iyul 2026, 15:36

Sabah hava necə olacaq?

Bütün xəbərlər
14 iyul 2026, 14:45

Məktəblərdə süni intellekt tətbiq olunacaq: İki milyon manat ayrılır

Bütün xəbərlər
14 iyul 2026, 13:44

Masallıda yük maşını yanıb

Oxşar xəbərlər