top
Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür
20 may 2024, 07:01
- ↺ +

Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür

Bu gün, 20 may tarixində Xalq artisti Həqiqət Rzayevanın anadan olduğu dündür. Onun 117 yaşı tamam olacaqdı.

Həqiqət Əli qızı Rzayeva 20 may 1907-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olub. O, Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biridir. Əslində xanmın adı Süsən, soyadı isə Əliyeva olub. Həqiqət adını səhnəyə gəldikdə götürüb. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra isə soyadını da dəyişib.

1918-1923-cü illərdə Həqiqət xanım Lənkəranda ilk müsəlman qızlar məktəbində təhsil alıb. O, 1923-cü ildə Bakı Pedaqoji Texnikumuna daxil olub. Rzayeva 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Muğam şobəsində oxuyub. Həqiqət Rzayeva Konservatoriyada dərslərini Üzeyir bəy Hacıbəyovun rəhbərliyi ilə xanəndələr Seyid Şuşinskidən, Cabbar Qaryağdıdan və Qurban Pirimovdan alıb.

1927-ci ildə Həqiqət xanım Azərbaycan teatr tarixində Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngini ifa edən ilk qadın olub. Bu hadisə mətbuatda “inqilab” kimi qiymətləndirilirdi. Həqiqət Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynayıb.

Rzayeva 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarının ifaçısı kimi tanınırdı. O, Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində Telli, “Əsli və Kərəm”də Əsli, “Leyli və Məcnun”da Leyli, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” əsərində Şahsənəm və s. obrazlarda çıxış edib. Deyilənə görə, o, Leyli rolunu səhnədə min dəfədən artıq canlandırıb.

Qeyd edilir ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü zamanı xanəndə “Arşın mal alan” operasında Telli obrazını özünəməxsus şəkildə ifa edir. Sonralar dahi Üzeyir bəy Həqiqət xanıma danışırmış ki, “Arşın mal alan”da Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax budur aktrisa!”

Həqiqət Rzayeva kino fəaliyyətində “Ögey ana” filmindəki Qəmər xala rolu ilə tanınıb. Həqiqət xanım, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. O, bir müddət Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib, Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib.

Həqiqət Rzayeva 2 avqust 1969-cu ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Hazırda Lənkəran şəhər 2 saylı musiqi məktəbi onun adını daşıyır.

 

Son xəbərlər

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
26 sentyabr 2026, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
26 sentyabr 2026, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
26 sentyabr 2026, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
26 sentyabr 2026, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
26 sentyabr 2026, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
26 sentyabr 2026, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Oxşar xəbərlər