Bu gün, 11 yanvar tarixində Cəlilabaddan olan şəhid Ülvi Alışovun mövlud günüdür.
Ülvi İlham oğlu Alışov 2000-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 29 sentyabr tarixində Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Ü.Alışov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.