Bu gün, fevralın 2-də cəlilabadlı şəhid Kənan İlqar oğlu Nadirlinin mövlud günüdür.
Kənan Nadirli 2000-ci ildə Kövüzbulaq kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib və noyabrın 6-da şəhid olub.
Kənan Nadirli göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.