Bu gün, 26 yanvar tarixində şəhid Tərlan Mehman oğlu Quliyevin mövlud günüdür.
Tərlan Quliyev 2000-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev 14 oktyabr 2020-ci il tarixində Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.