Bu gün, 20 iyul tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Rəşad Babək oğlu Eyvazovun mövlud günüdür.
Rəşad Eyvazov 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.