Bu gün, yanvarın 30-da şəhid mayor Emil Əsgərlinin mövlud günüdür.
Emil Əlihüseyn oğlu Əsgərli 1982-ci ildə Lənkəran şəhərində doğulub. 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
Nümunəvi xidmətinə görə dəfələrlə diplom və medallarla təltif olunub. O, 2013-cü ildə mayor hərbi rütbəsi ilə təltif olunub.
Emil Əsgərli 15 may 2014-cü il tarixində Beyləqan rayonunun "N" saylı hərbi hissəsində ərazini yoxladığı zaman şəhid olub.