Bu gün, 29 yanvar tarixində Vətən müharibəsi şəhidi Elmar Hikmət oğlu İbayevin doğum gündür.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Elmar İbayev 1978-ci ildə Lənkəran şəhərində doğulub. 1984-1994-cü illərdə V. Əliyev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb.
E.İbayev Vətən müharibəsi zaman Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.