Bu gün, 12 mart tarixində Vətən müharibəsi şəhidi Qardaşxan Əhmədlinin doğum günüdür.
Qardaşxan Əhmədli 1996-cı ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub.
2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. Daha sonra, Vətən müharibəsi zamanı o, Füzuli, Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xocavənddə ağır döyüşlər zamanı itkin düşüb.
Dekabr ayının 19-da Qardaşxanın nəşi tapılaraq Bakıya gətirilib. Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Şəhid ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.