top
Bu gün Azərbaycanda Milli Mətbuat günüdür
22 iyul 2026, 09:00
- ↺ +

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

22 iyul 1875-ci ildə maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə Azərbaycanda Milli Mətbuatın əsası qoyulub. 1991-ci ildən məhz bu gün Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycanın cənub bölgəsində ilk qəzet 1912-ci ildə Lənkəranda "Rıbnoye dole" adı ilə rus dilində çap edilib.

Cənub bölgəsinin rayonlarının ilk qəzetləri haqqında məlumatı təqdim edirik:

Lənkəran rayonunun ilk qəzeti "Qızıl Talış" 21 yanvar 1931-ci ildə nəşr edilməyə başlayıb. Bu qəzetin birinci redaktoru Böyükağa Mirsalayev olub. Qəzet 5 dekabr 1931-ci ildən "Sıə Tolış" (talış dilindən tərcümədə "Qızıl Talış"), 23 fevral 1939-cu ildən "Sosialist subtropikası", 16 iyun 1957-ci ildən "Leninçi", 22 sentyabr 1990-cı ildən isə "Lənkəran" adı ilə buraxılır.

Masallının ilk qəzeti "Yeni həyat" 31 may 1932-ci ildə çap edilib. Qəzet 1962-1965-ci illərdə indiki "Lənkəran" qəzetinə birləşdirilərək nəşr olunurdu. Bu qəzet sonralar "Çağırış", "Yeni qəzet" adlandırılıb. 5 aprel 2002-ci ildən qəzet yenidən "Yeni həyat" adı ilə nəşr edilməyə başlayır.

Astaranın ilk qəzeti "Ostoro kolxozçi" 1932-ci ildə nəşr edilib. "Ostoro kolxozçi" talış dilindən tərcümədə "Astara kolxozçusu" deməkdir. Bu qəzet bir müddət sonra "Kolxoz tribunası", "Sovet Astarası" adları ilə fəaliyyət göstərib. Hazırda qəzet "Astara" adı ilə nəşr olunur.

Cəlilabadın ilk qəzeti "Sosializm tarlaçısı" 1932-ci ildə çap edilib. Bu qəzet sonralar "Taxılçı", 1990-cı ildən isə "Yeni gün" adlandırılır. Yardımlının ilk qəzeti "Vərgədüz kolxozçusu" 1936-cı ildə nəşr edilib. Qəzetin ilk redaktoru Təvəkkül Abbasov olub.

Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlandırıldığından qəzet həmin adı daşıyıb. Qəzet 1938-1990-cı illərdə "Yeni kənd", 1990-cı ildən isə "Zirvə" adlandırılır. Əməkdar jurnalist Sahib Əliyev 32 il (1966-1998) qəzetin baş redaktoru kimi işləyib. Tarixçi İldırım Şükürzadənin məlumatına görə, hazırda qəzet fəaliyyətini dayandırıb.

Lerikin ilk qəzeti "Zuvand kolxozçusu" 20 may 1937-ci ildə çap olunmağa başlayıb. Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlandığına görə qəzet də həmin ad altında nəşr edilib. Qəzet 27 iyul 1937-ci ildən "Kolxoz yolu" adı ilə fəaliyyət göstərib. Həmin qəzet 1964-1965-ci illərdə indiki "Lənkəran" qəzeti ilə birləşdirilib. Daha sonra qəzet "Bolluq uğrunda", hazırda isə "Lerik" adı altında çap olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər