Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd olunur. Bu çərşənbə “küləkli çərşənbə” və ya “yelli çərşənbə” kimi də tanınır.
Yel çərşənbəsində əsən küləklər yazın gəlişindən, Novruzun yaxınlaşmasından xəbər verir. Bu gün, adətən, tonqallar qalanır, südlü plov və ya bulğur bişirilir. Süfrələri, əsasən, quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlərlə bəzəyirlər. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görür, ev əşyalarını təmizləyir, xalça-palaz çırpır, yorğan-döşəyi havaya verirlər.