top
Bu gün 58 min şagird imtahan verəcək
09 mart 2026, 09:13
- ↺ +

Bu gün 58 min şagird imtahan verəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Cenublu.az xəbər verir ki, imtahanlar Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabranda eləcə də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu) və Ağdərədə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri) olacaq.

Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlayır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Oxşar xəbərlər