Bu gün, 10 yanvar tarixində Cəlilabaddan olan şəhid Məcid Məmmədovun doğum günüdür.
Məcid Rafiq oğlu Məmmədov 2002-ci ildə Hacıcavadlı kəndində doğulub. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxuyub, sonra təhsilini Binəqədi rayonunda, 115 saylı məktəbdə davam etdirib. Uşaq ikən atasını itirib.
Vətən müharibəsi zamanı Suqovuşan və Talış döyüşlərində savaşıb. 1 oktyabr tarixində Talış kəndi istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Cəlilabadda dəfn edilib.
M.Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.