Bu gün Birinci Qarabağ müharibəsində itkin düşən Hikmət Hidayətovun anım günüdür.
Hidayətov Hikmət Məhərrəm oğlu 1973-cü ildə sentyabrın 26-sı Astara rayonunun Kakalos kəndində anadan olub. 1992-ci ilin iyun ayında Astara rayon hərbi komissarlığından ordu sıralarına hərbi xidmətə yola salınıb.
Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edən Hikmət 2 aprel 1993-cü ildə Kəlbəcərin işğalından sonra itkin düşüb.