Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bilik yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
Qaliblər arasında V.Həsənov adına Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Ülviyyə Xasiyeva da var. O, sınaq imtahanlarında 600 bal topladığına görə Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, yarışma Cənub Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.