top
Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub
02 iyun 2026, 17:22
- +

Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Azərbaycan Dillər Universitetinin (ADU) kollektivi Biləsuvar rayonuna səfər edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində rayon rəhbərliyi ilə görüşlər keçirilib, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, həmçinin bir sıra əhəmiyyətli tədbirlər təşkil olunub.

Səfər proqramı çərçivəsində ADU kollektivi əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Daha sonra ADU-nun rektoru, akademik Kamal Abdulla Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüşüb. Görüş zamanı rayonda təhsilin inkişafı, gənclərin intellektual potensialının artırılması, eləcə də Azərbaycan Dillər Universiteti ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında həyata keçirilən əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Biləsuvar Təhsil Kompleksində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey, ADU-nun əməkdaşları, Təhsil Kompleksinin rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Çıxış edənlər uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və beynəlxalq əməkdaşlığın təhsil sahəsinə verdiyi töhfələrdən bəhs ediblər. Tədbir şagirdlərin təqdim etdiyi rəngarəng bədii proqramla davam edib.

Həmin gün Təhsil Kompleksində ADU-nun təşəbbüsü ilə yaradılan Konfutsi Mərkəzinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində çıxış edən akademik Kamal Abdulla bildirib ki, mərkəz şagirdlərin Çin dilini öyrənməsi ilə yanaşı, onların Çin xalqının zəngin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmalarına imkan yaradacaq. Rektor humanitar əlaqələrin inkişafı məqsədilə Çində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin yaradılması təklifini də irəli sürüb. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkə arasında təhsil və mədəni əməkdaşlığın daha da genişlənməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Səfər çərçivəsində akademik Kamal Abdulla Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib. Görüşdə rektor "Azərbaycan dilinin saflığının qorunması" mövzusunda çıxış edərək ana dilinin milli kimliyin və mənəvi dəyərlərimizin əsas daşıyıcılarından biri olduğunu vurğulayıb. O, Azərbaycan dilinin zənginliyinin qorunmasının, dil normalarına riayət edilməsinin və gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsinin vacibliyindən danışıb. Görüş zamanı dil mədəniyyətinin inkişafı, ədəbi dil normalarının təbliği və Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfərin sonunda tərəflər arasında qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, əməkdaşlıq perspektivləri müzakirə edilib və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir birliyi nümayiş etdirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

25 yaşlı kişi 18 kilo narkotiklə saxlanıldı

Bütün xəbərlər
Bu gün, 16:20

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Kriminal
Bu gün, 15:40

Yardımlı Rayon İcra Hakimiyyətinin saxlanılan əməkdaşları ilə bağlı qərar verildi

Bütün xəbərlər
Bu gün, 14:50

Sabirabadın mərkəzi küçəsi zibilliyə çevrildi - VIDEO

Bütün xəbərlər
Bu gün, 14:10

TikTok-da qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:00

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 12:20

Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kriminal
Bu gün, 11:40

Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü - Cinayət işi AÇILDI

Bütün xəbərlər
Bu gün, 11:00

Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Bütün xəbərlər
Bu gün, 10:30

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:56

Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
Bu gün, 09:18

Bu gün Masallıdan olan aktyor Bahadur Əliyevin xatirəsi anılır

Kriminal
Dünən, 19:00

Qardaşı öləndən sonra onun arvadı ilə evlənib - qızına qarşı da əxlaqsızlıq edib

Bütün xəbərlər
Dünən, 18:30

Yardımlı İcra Hakimiyyətində əməliyyat – həbs olunanlar var

Bütün xəbərlər
Dünən, 18:04

Ayaz Əsgərov Yardımlıdan getdi: sakinlər son bir ildə nədən narazı idilər? - CENUBLU.AZ-in ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 17:30

Magistral yolda ayağını pəncərədən çıxaran sürücü CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 16:50

Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:16

Yardımlının İcra başçısı vəzifəsindən azad edilib

Bütün xəbərlər
Dünən, 16:00

Yardımlıda İlk Tunc dövrünə aid kurqanda arxeoloji qazıntılar aparılıb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:50

Bu dövlət qulluğuna işə qəbul imtahanının qaydaları dəyişdirildi

Bütün xəbərlər
Dünən, 14:15

Cəlilabadda yaşayış evi yanaraq məhv olub

Bütün xəbərlər
Dünən, 13:40

Lənkəranda dəmiryolu relslərini oğurlayan dəstə TUTULDU

Bütün xəbərlər
Dünən, 13:05

Astarada təmir işləri aparan 74 yaşlı kişi yıxılaraq ölüb

Kriminal
Dünən, 12:36

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:00

Sabirabadda uşaq ölü doğulub

Bütün xəbərlər
Dünən, 11:30

Neftçalalı polkovnik Azər Rüstəmov vəfat edib

Oxşar xəbərlər