top
Biləsuvarda ər ad gününü qeyd edən arvadını döydü
11 noyabr 2024, 23:17
- +

Biləsuvarda ər ad gününü qeyd edən arvadını döydü

Biləsuvar rayonunda 1997-ci il təvəllüdlü Famil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nüşabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə 6 sentyabr 2024-cü ildə, gecə saat 3 radələrində baş verib.

Famil fərdi yaşayış evində faktiki nikah münasibətlərində olduğu Nüşabə ilə ailə-məişət münasibətlər zəminində mübahisə edib. Buna səbəb Nüşabənin Biləsuvar rayonu ərazisində yerləşən kafeyə Familin istədiyi geyimdə getməməsinə görə sonuncunun irad bildirməsi olub.

Yaranmış mübahisə zamanı Famil qəsdən əlləri ilə Nüşabənin boğaz nahiyəsindən tutub sıxıb, sol əlinə yumruqla zərbə vurub.

Hadisəni törədən Familin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Nüşabə ilə 2022-ci ildə rəsmi nikaha daxil olub və həmin nikahdan onların 1 uşağı var:

“Məişət zəminində aramızda tez-tez mübahisələr və münaqişələr olduğuna görə Nüşabənin iddiası əsasında Biləsuvar Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə nikahımız ləğv edildi. Bununla belə biz mayın 1-də ər-arvad münasibətlərimizi bərpa etdik. Həmin vaxtdan faktiki nikahda yaşayırıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 5-də Nüşabənin doğum gününü qeyd etmək məqsədilə arvadını restorana aparıb:

“Lakin Nüşabə həmin restorana uyğun geyimdə gəlmədi. Biz sentyabrın 6-da, gecə saat 3 radələrində restorandan çıxdıq və evə gəldik. Biz yaşadığımız evdə arvadıma restorana mənim istədiyim geyimdə getməməsi barədə iradımı bildirdim. Nüşabə isə mənə kobud şəkildə cavab qaytararaq ürəyi istədiyi paltarı geyinəcəyini bildirdi. Arvadımın cavabından sonra əsəbiləşdim. Özümdən çıxaraq Nüşabə ilə mübahisə etməyə başladım. Həmin mübahisə vaxtı arvadımın boğaz nahiyəsindən tutaraq sıxdım. Nüşabə məndən uzaqlaşmaq istədiyi vaxt isə sol əlinə yumruqla zərbə endirdim. Mən bundan sonra sakitləşdim və etdiyim əməldən peşman oldum. Lakin Nüşabə məni bağışlamayaraq Biləsuvar Rayon Polis Şöbəsinə barəmdə şikayət etdi. Mənimlə arvadım arasında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etdi”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nüşabənin sözlərinə görə, təqsirləndirilən şəxs ilə artıq 2 ildir evlidir:

“Bizim birgə nikahımızdan 2023-cü ildə bir uşağımız doğuldu. Aramızda nadir hallarda baş verən mübahisələr istisna olmaqla, münasibətlərimiz mehriban olub. Sonuncu dəfə sentyabrın 5-də doğum günümü qeyd etmək münasibətilə ərim ilə birlikdə restorana getdik. Sentyabrın 6-da gecə saat 3 radələrində biz restorandan çıxdıq və evə gəldik. Biz evdə olduğumuz vaxt Famil mənim restorana onu istədiyi geyimdə getmədiyimi bildirdi, mənimlə mübahisə etməyə başladı. Mən ərimə istədiyim geyimi geyinə biləcəyimi dedim. Sonra Famil əsəbiləşərək üstümə gəldi və mənim boynumdan sıxdı. Mən Famildən uzaqlaşmaq istəsəm də, sol əlimə yumruq vurdu. Bundan sonra isə həmin mübahisə  sonlandı. Səhəri gün Familin məni döyməsi barədə hüquq-mühafizə orqanlarına şikayət etdim. Lakin sonradan ərim məndən üzr istədi, mənimlə barışıq əldə etdi. Hazırda biz birlikdə eyni evdə yaşayırıq”.

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Familin barəsində aylıq  qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri növündə cəza təyin edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:53

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Bu gün, 13:25

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Bu gün, 12:30

Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

Bütün xəbərlər
Bu gün, 11:57

Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü

Bütün xəbərlər
Bu gün, 11:26

Masallılı igid şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:55

Təxminən 23 min nəfər ailə başçısını itirdiyinə görə pensiya alır

Kriminal
Bu gün, 10:25

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:50

Ələtdə faciə: Əmi və qardaşı oğlu boğuldu

Bütün xəbərlər
Bu gün, 09:15

MİDA güzəştli mənzillər satışa çıxarıb

Kriminal
Dünən, 18:15

Arvadını əvvəl bıçaqladı, sonra balta ilə başına vurdu

Bütün xəbərlər
Dünən, 17:33

Lənkəranda təmizlənən ərazi yenə zibilliyə çevrildi

Cəmiyyət
Dünən, 17:00

Qardaşı işə aparmadı, "102"yə şikayət etdi

Bütün xəbərlər
Dünən, 16:25

Bu il neçə kişi ödənişli atalıq məzuniyyətinə çıxıb?

Bütün xəbərlər
Dünən, 15:50

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

Bütün xəbərlər
Dünən, 15:17

Təhsil tələbə kreditlərinə müraciət başladı

Kriminal
Dünən, 14:45

Arvadını evə gətirən sürücünün burnunu sındırdı

Bütün xəbərlər
Dünən, 14:11

Günvurma ilə bağlı müraciətlərin SAYI

Bütün xəbərlər
Dünən, 13:36

Sabah duman olacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Dünən, 13:00

Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü

Bütün xəbərlər
Dünən, 12:30

Ötən həftənin xronikası: 861 yanğına çıxış oldu, 7 nəfərin meyiti tapıldı

Bütün xəbərlər
Dünən, 11:55

Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılır

Bütün xəbərlər
Dünən, 11:25

Çay kənarında narkotik bitkilər yetişdirən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:53

Bir ay əvvəl itkin düşən kişinin meyiti çay kənarında tapıldı

Oxşar xəbərlər