Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun apreldə keçirəcəyi səyyar qəbulların qrafiki açıqlanıb.
Cenublu.az Biləsuvar Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, görüşlər:
- aprelin 2-si Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında;
- aprelin 3-ü Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında;
- aprelin 7-si Səmədabad kənd tam orta məktəbində;
- aprelin 8-i Yuxarı Ağalı kənd ümumi orta məktəbində baş tutacaq.