Lənkəranda yaşayış evinin yaxınlığında yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Cenublu.az xəbər verir.
Hadisə Balıqçılar qəsəbəsində baş verib. Yaşayış evinin həyətyanı sahəsində yanğın olub. Hadisə yerinə dərhal cəlb olunan FHN-in əməkdaşları alovun əraziyə yayılmasının qarşısı alaraq onu söndürüblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.