top
Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər
13 iyul 2026, 15:49
- ↺ +

Balıq və mal-qara yetişdirənlər üçün yeni tələblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balıqçılıq təsərrüfatlarında yoxlamaların dayandırılması ilə bağlı istisnalar artırılır.

Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna edilən dəyişikliklə yoxlamaların dayandırılması ilə bağlı istisnaların siyahısı genişləndirilir. Dəyişikliyə əsasən, qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətlə yanaşı, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar da qanunun tətbiq dairəsinə daxil ediləcək.


Digər dəyişiklik "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanuna təklif olunur. Layihəyə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı yenilənir.
Belə ki, layihələndirilməsi nəzərdə tutulan heyvandarlıq müəssisələri üzrə hədd müəyyən edilir. Təsərrüfatda mövcud bütün heyvanlar nəzərə alınmaqla layihə üzrə heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.
Eyni zamanda, quşçuluq müəssisələri üçün də yeni meyar müəyyənləşdirilir. Layihə üzrə quş saxlama tutumu 40 min baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda bu fəaliyyət ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb ediləcək.
Dəyişikliklə balıqçılıq, o cümlədən akvakultura təsərrüfatları da ilk dəfə siyahıya daxil edilir. İllik əldə olunan balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda layihələrə ətraf mühitə təsirin qiymətləndirilməsi tətbiq olunacaq.

Bundan başqa, aqroparklar üçün də yeni tələb müəyyən edilir. Aqroparklarda heyvandarlıq, quşçuluq və ya balıqçılıq fəaliyyətlərindən hər hansı biri üzrə müəyyən edilən hədlərə bərabər və ya ondan çox göstərici olduqda ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.

Təklif olunan dəyişikliklərə əsasən, qanunun qüvvədə olan redaksiyasında ayrıca göstərilən irimiqyaslı kənd təsərrüfatı (aqroparklar) və balıqçılıq təsərrüfatı layihələri ilə bağlı müddəanın ləğvi də nəzərdə tutulur. Bu fəaliyyətlər yeni təsnifat çərçivəsində tənzimlənəcək.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
Bu gün, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
Bu gün, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

İqtisadiyyat
Bu gün, 14:20

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Kriminal
Bu gün, 13:45

Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

İqtisadiyyat
Bu gün, 13:05

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

Bütün xəbərlər
Bu gün, 12:35

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Lənkəran sakinlərinin sahibsiz itlərdən ŞİKAYƏTİ

Bütün xəbərlər
Bu gün, 11:15

Bu gecə meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 10:35

Sabah üç rayonda qaz olmayacaq

Kriminal
Bu gün, 10:00

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: ölən var

Bütün xəbərlər
Bu gün, 09:32

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Oxşar xəbərlər