Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir.
Müsahibələrdə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 1 namizəd iştirak etmək hüququ qazanıb. Namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib.