Azərbaycanda fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb.
Cenublu.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.