top
“Azərxalça” ASC-nin Lənkəran filialında 1044 xalça toxunub
13 mart 2024, 23:55
- ↺ +

“Azərxalça” ASC-nin Lənkəran filialında 1044 xalça toxunub

“Azərxalça” ASC-nin Lənkəran filialında fəaliyyət göstərdiyi altı il ərzində 1044 xalça toxunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində Azertac-a istinadən verir.

Modern üslubda zərif ipək xalçalara dünya bazarında maraq və tələbat çoxdur. Bu amil nəzərə alınaraq, “Azərxalça”nın Lənkəran filialında 6 aya yaxındır ki, ipək xalçalar da toxunur. Artıq ilk ipək xalçanın toxunuşu başa çatıb. Toxucu Rədifə Beyqiyeva deyir ki, ipək sapdan xalça toxumaq çox vaxt və diqqət tələb edir. Ölçüsü bir kvadratmetr olan ipək xalça 2 nəfər tərəfindən 3 aya toxunur:

“Birinci dəfədir ipək xalça toxuyuruq. Özüm üçün də çox maraqlı gəldi. İpək xalçanın toxunuşu 90 günə başa gəlir. Həvəslə işləyirik”.

Yüksək keyfiyyətli xalçalar üçün xammal xarici bazarlardan gətirilir. Burada peşəkar, təcrübəli ustalar tərəfindən müxtəlif çeşnilərdə xalçalar da toxunur.

“Azərxalça” ASC-nin Lənkəran filialının direktoru Nargilə Qənbərova bildirib ki, indi bazarda keyfiyyətli xalçalara tələbat var. Alıcılar zövqlərinə uyğun, xarici bazarın tələbatına cavab verən xalçalar istəyirlər. Ona görə də, emalatxanada peşəkar toxucular çalışırlar.

“Peşəkarlıq, keyfiyyət həm də toxunan xalçaların ilmə sayına görə müəyyən olunur. Əgər əvvəllər toxucularımız əməkhaqqını 1 kvadratmetrə görə alırdılarsa, indi ilməyə görə alırlar. Toxucu var ki, gündə 10 min ilmə toxuyur”, – deyə Nargilə Qənbərova əlavə edib.

[caption id="attachment_55786" align="alignnone" width="336"]Azərxalça ASC-nin Lənkəran filialı Foto Azertac[/caption]

[caption id="attachment_55784" align="alignnone" width="336"]Azərxalça ASC-nin Lənkəran filialı Foto Azertac[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Oxşar xəbərlər