top
Azərbaycanlı tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Detallar açıqlandı
04 aprel 2025, 05:10
- ↺ +

Azərbaycanlı tələbələri SEVİNDİRƏCƏK XƏBƏR - Detallar açıqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərbi xidmət sistemində yeni bir yanaşma tətbiq etməyə başlayıb. Yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə və xüsusi bacarığa malik, istedadlı hərbi qulluqçular üçün fərqli imkanlar yaradılır.

Cenublu.az xəbər verir ki, bu əsgərlər ilkin hazırlıq mərhələsini uğurla başa vurduqdan sonra xidmətlərini daha spesifik və məqsədyönlü şəraitdə davam etdirirlər.

Belə ki, onlar Milli Müdafiə Universitetinin tərkibində yaradılmış xüsusi bölmələrə seçilərək yönləndirilir. Bu bölmələrdə hərbi qulluqçuların elmi potensialı və texniki bacarıqları nəzərə alınaraq, onlar müxtəlif layihə və təşəbbüslərə cəlb olunurlar.

Bəs xaricdə dövlət xətti ilə təhsil alan tələbələr (bakalavr və ya magistr) Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrə necə seçiləcəklər? Seçilənlər digər əsgərlər kimi 40 günlük karantində olacaqlarmı?

Bu suallara cavab tapmaq məqsədilə Müdafiə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, dövlət proqramı çərçivəsində yalnız top 500 universitetlərin bakalavr və magistr məzunları Təhsildə Keyfiyyət Təminatı Agentliyindən arayış təqdim etdikdə həmin bölmələrdə xidmət edə bilərlər:

"Bütün əsgərlər mütləq şəkildə gənc əsgər proqramını bitirməlidirlər. İntellektual bölmələrin hərbi qulluqçuları bu bölmələrin tərkibində qalmaqla hərbi xidmətlərini Nazirliyin müxtəlif Baş İdarə, İdarə, Xidmət və müəssisələrində davam etdirəcəklər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

Həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.

İntellektual qabiliyyətli bölmələrdə cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi ("Times Higher Education (THE) World University Rankings" və ya "Academic Ranking of World Universities" (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulmuşdur.

Hazırda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmət keçən, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici təhsil müəssisələrində təhsil almış hərbi qulluqçuların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların ailə üzvlərindən aşağıda qeyd olunan məlumatları [email protected] elektron ünvanına göndərmələri xahiş olunur:

- çağırışçının adı, soyadı və ata adı;

- çağırış rübü və ili (çağırıldığı tarix);

- Xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət

Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.

Qeyd: Növbəti çağırışlarda Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə xidmətə başlayacaq, yuxarıda qeyd olunan kateqoriyaya aid olan çağırışçıların intellektual bölmələrdə xidmət etmələrinin təmin edilməsi məqsədilə müvafiq məlumatların onların ailə üzvləri tərəfindən çağırış ayının əvvəlindən növbəti ayın sonunadək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Oxşar xəbərlər