Astara rayonu Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbinin binası sökülür. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 yanvar tarixində verir.
Belə ki, kənd üçün yeni məktəbin inşa olunması planlaşdırılır. Məktəbin 2024-25-ci tədris ilinin başlanğıcına qədər hazır olacağı gözlənilir.
Qeyd edək ki, Sərək kənd məktəbinin şagirdləri müvəqqəti olaraq A.İbrahimov adına Astara rayon Şuvi kənd tam orta məktəbinə köçürülüblər.