Astaralı qadın insan alverində ittiham olunub və barəsində axtarış elan edilib.
Cenublu.az Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı Astara rayon sakini Şiriyeva Vüsalə Raqib qızı insan alverində təqsirli bilinir.
Onun barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsilə cinayət işi başlanıb.
Vüsalə Şiriyevanın tutularaq, istintaqa cəlb edilməsi üçün barəsində idarə tərəfindən axtarış elan olunub.