Astaralı gənclər üçün "CV Center" layihəsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az GİKM-in Astara nümayəndəliyinə istinadən verir.
Belə ki, layihə çərçivəsində gənclər CV hazırlanmasında peşəkarların köməyindən yararlana biləcəklər. Xidmətdən yararlanmaq istəyənlər avqust ayının 1-i, 8-i, 15-i və 22-si saat 10:00-dan 16:00-dək Gənclərin İnkişaf və Karyera Mərkəzinə gələrək nümayəndəliyə müraciət edə bilərlər.