Astarada yük maşınının vurduğu 14 yaşlı yeniyetmənin son durumu məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Xəbər verdiyimiz kimi, iyunun 2-də hərəkətdə olan “QAZ-66” markalı yük maşını velosipedlə hərəkətdə olan 14 yaşlı Ərçivan qəsəbə sakini Hüseyn Nəsirovu vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmə əməliyyat olunub. Məlumata görə, hazırda onun müalicəsi davam etdirilir. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilir.