Astarada “Xocalı soyqırımı Azərbaycanın tarixində ən dəhşətli və qanlı səhifələrdən biridir” mövzusunda sərgi və mərasim baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində verir.
Tədbir Heydər Əliyev Mərkəzində keçirilib.
Əvvəlcə “Xocalıya gedən yol” mövzusunda film nümayiş olunub. Daha sonra R.Camalov adına 7 saylı tam orta məktəbin müəllimi Fikrət Abbasov mövzu ətrafında çıxış edib.
Sonda mərkəzin Elektron kitabxanasında saxlanılan kitabların və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən təşkil olunmuş sərgi keçirilib.