Astaradakı “N” saylı sərhəd dəstəsində “Açıq qapı” günü keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində Lənkəran–Astara Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Tədbirdə 20 şəhər və rayonlardan gəlmiş valideynlər hərbi xidmətdə olan övladları ilə görüşüblər. Valideynlər əsgərlərin məişət şəraiti ilə tanış olublar. Sonra rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının üzvləri geniş konsert proqramı ilə çıxış edib.