Astarada C.Babayev adına 3 saylı məktəbdə "Musiqi bir dünyadır" adlı konsert proqramı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Konsert proqramında O.Kazımi adına Astara Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
“Musiqi bir dünyadır” təbliğat xarakterli konsertinin sonunda məktəb rəhbərliyi təşkilatçılara minnətdarlığını bildirib.