top
Astarada üçəsrlik ev tarixə qovuşur
11 yanvar 2024, 04:17
- ↺ +

Astarada üçəsrlik ev tarixə qovuşur

Astara rayonunda üçəsrlik tarixi ev dağılmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində Report.az-a istinadən verir.

Sözügedən ev rayonun Pensər kəndində yerləşir. Ev 1836-cı ildə Lənkəran xanı Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışan Mirzə Xudaverdibəyoğlu tərəfindən inşa edilib. Qarabağ elatının zərgər tayfasından olan ailə XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Qarabağdan Masallının Qızılavar kəndinə köçüb. Sonra oradan Astaranın Bütəsər kəndinə, yəni indiki Pensər kəndinə köçərək hazırkı evi tikdirib və orada yaşayıb.

Mirzə Xudaverdibəyoğlu 30 il müddətində Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışıb. Onun oğlu Mirzə Əhməd də dövrünün tanınmış ziyalısı olub və sarayda təhsil alıb. Mirzə Əhməd həm də “Fövcül – füsəha” ədəbi məclisinin fəal üzvü olub, “Əxbərnamə”ni yazıb. 60 il ərzində bölgədə cərəyan edən bütün hadisələri qələmə alıb. “Əxbərnamə” əsərinin əlyazması bu gün Əlyazmalar İnstitutunda qorunub saxlanılır və 1975-ci ildə xidməti istifadə üçün çap olunub.

Vaxtilə Mirzə Əhmədin yaşadığı sözügedən ev hazırda qəzalı vəziyyətdədir. Çiy kərpicdən olan evin divarları uçmaq üzrədir. Mirzə Xudaverdibəyoğlunun nəticəsi Nərgiz Əhmədova evin iki otaqdan ibarət olduğunu, lakin birinin dağıldığını deyir. Divarların qalın olması evin əsas hissəsini hələ ki saxlayıb. Bir neçə ay əvvəl baş verən zəlzələ zamanı divardakı kərpiclərin bir hissəsi tökülüb.

Qeyd edək ki, hazırda evdə 8 nəfərdən ibarət ailə yaşayır. Ötən dövr ərzində evin təmir olunmasından ötrü bir neçə dəfə aidiyyəti qurumlara müraciət olunub. Bir dəfə evin dam örtüyü uçduğu üçün təmir olunub.

Tarixi evin gələcək taleyi ilə bağlı Astara Rayon Mədəniyyət İdarəsindən bildirilib ki, bu ev dövlət mülkiyyətində yox, şəxsi mülkiyyətdə olan yerli əhəmiyyətli tarixi tikilidir: "Evin təmiri vətəndaşın üzərinə düşür. Lakin bu da mülkiyyətçi tərəfindən aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra mümkündür".

[URIS id=51719]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:31

Sabah rayonlara yağış yağacaq

Bütün xəbərlər
Dünən, 12:58

FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

Kriminal
Dünən, 12:20

Qaşlarına baxım edən arvadını taxta ilə döydü – Lənkəranda qəribə hadisə

Bütün xəbərlər
Dünən, 11:45

Doğum günündə şəhid olan igidimiz

Kriminal
Dünən, 11:14

150 min manatlıq dələduzluq: Lənkəranda şübhəli şəxs saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:49

Cəlilabadda turşu hazırlayan qadın bıçaq yarası aldı

Siyasət
Dünən, 10:13

DİN: Son bir ayda at arabalarının iştirakı ilə baş verən qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Cəmiyyət
Dünən, 09:49

Cəlilabadda ev yanıb

Bütün xəbərlər
Dünən, 09:17

Sabirabadda avtomobil qadını vuraraq öldürüb

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
28 sentyabr 2026, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
28 sentyabr 2026, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
28 sentyabr 2026, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
28 sentyabr 2026, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
28 sentyabr 2026, 15:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər